• Bakı 28° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

14 ildən sonra eyni serialda rol alacaqlar

ŞOU

21 Avqust 2026 | 15:16

14 ildən sonra eyni serialda rol alacaqlar

Türkiyənin məşhur aktrisası Bergüzar Korel “A.B.İ” serialında Kenan İmirzalıoğlunun yeni tərəf müqabili olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Birsen Altuntaş məlumat yayıb.

Qeyd edək ki, B.Korel və K.İmirzalıoğlu 2012-ci ildə çəkilən “Karadayı” serialında da baş qəhrəmanları canlandırıblar.

Korel həmçinin “Min bir gece”, “Annem Ankara”, “Vatanım sensin” kimi bir sıra məşhur layihələrdə rol alıb.

Xatırladaq ki, “A.B.İ”də İmirzalıoğlunun əvvəlki partnyoru Afra Saraçoğlu idi.

 




Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026