• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Bu, qadın üçün dəhşətli dərəcədə alçaldıcı idi“

ŞOU

19 Sentyabr 2026 | 18:54 | Müəllif: Gülşən Şərif

“Bu, qadın üçün dəhşətli dərəcədə alçaldıcı idi“

Hollivud ulduzu Şeron Stoun illər əvvəl başına gələn xoşagəlməz hadisəni xatırlayıb.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa 1980-ci illərdə serial çəkilişləri zamanı alt paltarlarının satışa çıxarıldığını bildirib.

“Çölə çıxdım və gördüm ki, alt paltarlarım və büstqalterlərim açılıb plastik masanın üzərinə qoyulub və satılır. Çox utandım. Bu, qadın üçün dəhşətli dərəcədə alçaldıcı idi” deyə, Şeron Stoun “Variety”ə açıqlamasında söyləyib.

Aktrisa bu hadisədən sonra müqavilələrinə çəkilişlərdən sonra şəxsi geyimlərini özü ilə aparmaq hüququnun daxil edilməsini tələb edib. Əvvəlcə onun bu istəyinə təəccüblə yanaşılıb, hətta onu “kolleksiyaçı” adlandıranlar da olub.

Stoun bu məsələdə mövqeyindən geri çəkilməyib. O, müqavilənin hazırlanmasında həmkarı, mərhum aktrisa Kerri Fişerin ona kömək etdiyini qeyd edib. Fişer isə bu təcrübəni anası Debbi Reynoldsdan öyrənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026