• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Salman Xandan sonra o da hədəf alındı - Maşınına atəş açdılar

ŞOU

19 Oktyabr 2026 | 16:43 | Müəllif: Əli Hüseynov

Salman Xandan sonra o da hədəf alındı - Maşınına atəş açdılar

Hindistanda Bollivud aktyoru Tayqer Şroffun avtomobilinə atəş açılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrın 18-də Mumbay şəhərində, aktyorun futbol matçından qayıtdığı zaman baş verib. Motosikletlə gələn naməlum şəxslər onun avtomobilini atəşə tutaraq hadisə yerindən qaçıblar.

Atışma nəticəsində aktyorun sürücüsü Firdaus və yoldan keçən avtorikşa sürücüsü güllə yarası alıblar. Onlara tibbi yardım göstərilib. Şroff xəsarət almasa da şüşə qırıntıları səbəbindən əlləri yaralanıb.

Hadisədə şübhəli bilinən üç nəfər saxlanılıb. Saxlanılanlar barəsində adam öldürməyə cəhd, cinayət sövdələşməsi və silah qanunvericiliyinin pozulması ittihamları üzrə iş açılıb.

İddialara görə, hazırda həbsdə olan qanqster Lourens Bişnoyun dəstəsi hücuma görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. Bildirilib ki, aktyorun Bollivud ulduzu Salman Xanla əlaqələri səbəbindən hədəf seçildiyi ehtimal olunur. Dəstə daha əvvəl Xanı da təhdid edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026