2025-ci ildə Azərbaycanda data xidmətlərindən 65 milyon 415 min manat gəlir əldə edilib.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 20,8 % çoxdur.
Bundan başqa, ötən il internet xidmətlərinin göstərilməsindən 636 milyon 372 min manat (əvvəlki ilə nisbətən 35 % çox), məlumatların işlənməsi, veb səhifələrin hazırlanması və idarə olunması ilə bağlı fəaliyyətdən 186 milyon 915 min manat (-10,3 %), radio, televiziya verilişlərinin translyasiyası və proqramların tərtib edilməsindən 110 milyon 503 min manat (+2,4 %), peyk rabitəsindən 69 milyon 105 min manat (+40,5 %), kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyətdən 51 milyon 930 min manat (+2,1 %), nəşriyyat fəaliyyətindən 39 milyon 210 min manat (+27,2 %) gəlir əldə olunub.




