• Bakı 26° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib

CƏMİYYƏT

21 Avqust 2026 | 16:40

Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) 3 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar "SF Azerbaijan" MMC BOKT və onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 000 manat və 10 000 manat cərimə edilib.

Bundan başqa, cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, İDK MMC BOKT-un vəzifəli şəxsi 2 000 manat, "Prior Credit" ASC BOKT-un vəzifəli şəxsi isə 3 000 manat cərimə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR