• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

FİFA Paredesi diskvalifikasiya edib

İDMAN

21 Avqust 2026 | 18:55 | Müəllif: Gülşən Şərif

FİFA Paredesi diskvalifikasiya edib

Argentina yığmasının yarımmüdafiəçisi Leandro Paredes ABŞ-də keçirilən dünya çempionatının finalında komandasının İspaniyaya məğlubiyyətindən sonrakı davranışına görə 10 beynəlxalq matçdan diskvalifikasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Vanguard" portalı FİFA-nın bəyanatına istinadən məlumat yayıb.

Paredes həmçinin 90 min dollar cərimələnib.

Portal qeyd edib ki, o, Argentinanın İspaniyaya 1:0 hesabı ilə uduzduğu Nyu-Cersidəki final matçında baş vermiş hadisələrə görə diskvalifikasiya edilən və cərimələnən bir neçə argentinalı oyunçudan biri olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026