• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açıldı 

    CƏMİYYƏT

    21 Avqust 2026 | 17:00 | Müəllif: Günəş Mərd

    Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açıldı

    Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb.

    Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin əməkdaşlığı ilə hazırlanan sərgi 1944-cü ildə Ahıska türklərinin deportasiyasına həsr olunub.

    Ekspozisiyada sürgün tarixini əks etdirən sənədlər, fotoşəkillər və şahidliklər nümayiş etdirilir.

    Sərginin məqsədi Ahıska türklərinin tarixi yaddaşını qorumaq və gənc nəsillərə çatdırmaqdır. İstanbuldan Bakıya Bakı–Tbilisi–Qars dəmir yolu ilə gətirilən sərgi avqustun 21-dən 28-dək muzeydə ziyarətçilərə açıq olacaq.

    Qeyd edək ki, növbəti təqdimat noyabrın 14-də Ankaradakı Tarixi Ankara Vağzalında keçiriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026