• Bakı 28° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Azərbaycan turizmi 2030-a hazırlaşır: HƏDƏFLƏR

İQTİSADİYYAT

21 Avqust 2026 | 15:32

Azərbaycan turizmi 2030-a hazırlaşır: HƏDƏFLƏR

"Yeni təsdiqlənmiş 2026-2030-cu illər Dövlət Proqramının əsas üstünlüyü turizmi investisiya, nəqliyyat, regionların inkişafı, xidmət keyfiyyəti və sahibkarlıqla bağlı kompleks iqtisadi sahə kimi nəzərdən keçirməsidir".

Bu fikirləri yeni təsdiqlənən dövlət proqramını Bakıvaxtı.az-a şərh edən Azərbaycan Hotel və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Ekspert qeyd edib ki, yeni strategiya sahəvi göstəricilərdə kəskin artım hədəfləyir:

“Proqram 2030-cu ilədək turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin real ifadədə təxminən 40%, yerləşdirmə və ictimai iaşədə isə 41,6% artmasını, xarici turist xərclərindən daxilolmaların təxminən iki dəfə yüksəlməsini nəzərdə tutur. Real sektor üçün daha vacib məqam isə bu hədəflərin arxasında konkret təşviq mexanizmlərinin durmasıdır".

Samir Dübəndi: Proqramın real nəticəsini sənədin özü deyil, tətbiq olunacaq mexanizmlər müəyyənləşdirəcək

Müsahibimiz hesab edir ki, yeni turizm və rekreasiya zonalarının yaradılması, özəl investisiyaların və dövlət-özəl tərəfdaşlığının təşviqi, turizm layihələri üzrə faiz subsidiyaları, yeni hotel otaqlarına, ölkəyə turist gətirən turoperatorlara, mikro və kiçik turizm biznesinə, həmçinin yeni müntəzəm və çarter aviareyslərinə subsidiya mexanizmlərinin hazırlanması biznes mühitinə birbaşa təsir edəcək.

S.Dübəndi əlavə edib ki, proqramın real nəticəsini sənədin özü deyil, tətbiq olunacaq mexanizmlər müəyyənləşdirəcək:

“Bu mexanizmlərin hansı şərtlərlə, nə qədər maliyyə ilə və biznes üçün nə dərəcədə əlçatan tətbiq olunması həlledici olacaq. Nəzərdə tutulan tədbirlər ardıcıl və şəffaf icra edilərsə, proqram xüsusilə regionlarda yeni investisiyalara, yerləşdirmə və iaşə obyektlərinin inkişafına, yeni iş yerlərinə və turizm məhsullarının şaxələndirilməsinə ciddi təkan verə bilər”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026