• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Aşpaz olmaq istəyənlər üçün 2 mindən çox yer ayrılıb

CƏMİYYƏT

23 Iyul 2026 | 11:11

Aşpaz olmaq istəyənlər üçün 2 mindən çox yer ayrılıb

Peşə təhsilində 2026/2027-ci tədris ili üzrə ən çox qəbul planı ayrılan ixtisaslar açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ən çox plan yeri ayrılan ixtisas aşpaz olub. Bu ixtisas üzrə 2 040 plan yeri nəzərdə tutulub. Siyahıda növbəti yerlərdə hər biri 1 320 plan yeri ilə bərbər-vizajist-manikürçü və dərzi ixtisasları qərarlaşıb.

Bundan başqa, elektrik montyoru və əməliyyatçı-mühasib ixtisaslarının hər biri üzrə 1 140, elektrik qaz qaynaqçısı üzrə 1 040, kompüterlərin təmiri və xidməti üzrə texnik üzrə 800, qrafik dizayner və avtomobillərin təmiri çilingəri üzrə 720, bitkiçilik mütəxəssisi üzrə isə 640 plan yeri ayrılıb.

Brifinqdə həmçinin ən çox qəbul planı ayrılan peşə təhsili müəssisələri də açıqlanıb. Siyahıya Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 1 520 plan yeri ilə başçılıq edir. Onu Ticarət və Xidmət üzrə Gəncə DPTM (1 240), Mədəniyyət və Sənətkarlıq üzrə Bakı DPTM (1 120), Sənaye və Texnologiyalar üzrə Gəncə DPTM (1 120), Bərdə DPTM, Qəbələ DPTM və Texnika və Texnologiyalar üzrə Bakı DPTM (hər biri 1 100) izləyir. Siyahıda Lənkəran DPTM (1 040), Cəlilabad DPTM (1 020) və Turizm və Sosial Xidmətlər üzrə Bakı DPTM (960) də yer alıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026