• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

“Bank BTB”nin çevrildiyi BOKT borca düşdü, rəhbər dəyişdi

İQTİSADİYYAT

23 Iyul 2026 | 13:00

“Bank BTB”nin çevrildiyi BOKT borca düşdü, rəhbər dəyişdi

“Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını və adını dəyişdirərək çevrildiyi “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatı (BOKT) dövlət qarşısında borca düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, yeni fəaliyyətə başlamış BOKT-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 21 540 manat vergi borcu yaranıb.

Xatırladaq ki, “Bank BTB” ötən ay öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək “T-Kredit” BOKT-yə çevrildiyini elan edib. Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə bankın müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə razılıq verilib. Bankın aktivləri və öhdəlikləri Azərbaycan Beynəlxalq Bankına ötürülüb.

Çevrilmədən sonra BOKT-yə Vüqar Rəfiyev rəhbər təyin edilib. O bu təyinatadək bankın Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Qeyd ki, “Bank BTB” 2010-cu ildə təsis edilib. Onun nizamnamə kapitalı 71,45 milyon manat olub. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aid olub.

Bank BOKT-yə çevrildikdən sonra onun nizamnamə kapitalı hazırda 1 milyon manat təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026