• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" Bolqarıstan təmsilçisinə qarşı

İDMAN

23 Iyul 2026 | 09:02 | Müəllif: Əli Hüseynov

"Qarabağ" Bolqarıstan təmsilçisinə qarşı

Bu gün təmsilçimiz "Qarabağ" avrokuboklarda növbəti oyununa çıxır.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında doğma meydanda Bolqarıstanın "ÇSKA Sofiya" komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, "Qarabağ" ilk mərhələdə İslandiyanın "Vestri" klubunu iki oyunun nəticəsinə əsasən 6:0 hesabı ilə məğlub edib.

"ÇSKA Sofiya" isə hər iki oyunda Şimali İrlandiyanın "Derri Siti" klubundan üstün olub - 2:1 və 3:2.

Xatırladaq ki, "Qarabağ" və "ÇSKA Sofiya" klubları arasında cavab oyunu iyulun 30-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026