• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Peşə məktəblərində yataqxana qiymətləri necədir?

CƏMİYYƏT

23 Iyul 2026 | 11:29

Peşə məktəblərində yataqxana qiymətləri necədir?

"Peşə təhsili müəssisələrinin yataqxanalarında aylıq ödənişlər 30–200 manat arasında dəyişir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hazırda 8 peşə təhsili müəssisəsində ümumilikdə 1000-ə yaxın yataqxana yeri mövcuddur. Yataqxanalar Bərdə, Cəlilabad, İsmayıllı, Qəbələ, Lənkəran, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, eləcə də Sənaye və Texnologiyalar və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzlərində fəaliyyət göstərir.

Məlumata görə, yataqxanalarda aylıq minimum ödəniş 30, maksimum ödəniş isə 200 manat təşkil edir. Ən aşağı qiymət Qəbələ və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzlərində, ən yüksək ödəniş isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiq olunur.

İlqar Bayramlı qeyd edib ki, yataqxana infrastrukturu tələbələrin yaşayış imkanlarının yaxşılaşdırılması məqsədilə mərhələli şəkildə genişləndirilir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026