• Bakı 31° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Aİ ölkələrinin dövlət borcu rekord həddə çatıb - 15,7 trilyon avro

DÜNYA

23 Iyul 2026 | 14:35

Aİ ölkələrinin dövlət borcu rekord həddə çatıb - 15,7 trilyon avro

27 Aİ ölkəsinin dövlət borcu 2026-cı ilin birinci rübündə rekord həddə - 15,7 trilyon avroya çatıb. 

Bakıvaxtı.az "Eurostat"a istinadən xəbər verir ki, bu ilin birinci rübündə Aİ üzv dövlətlərinin ümumi dövlət borcu 2025-ci ilin dördüncü rübü ilə müqayisədə 327,3 milyard avro artıb.

Həmçinin Aİ-də borcun ÜDM-ə nisbəti 2025-ci ilin dördüncü rübündəki 81,8%-dən 2026-cı ilin birinci rübündə 82,9%-ə yüksəlib.

Ən böyük artımlar Finlandiyada (+5,5 faiz bəndi), Bolqarıstanda (+4,8 faiz bəndi), Polşada (+4,5 faiz bəndi), Rumıniyada (+4,3 faiz bəndi), Fransada (+4,0 faiz bəndi), Lüksemburqda və Belçikada (hər ikisi +3,1 faiz bəndi) qeydə alınıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR