• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Azərbaycana turist axını 10 %-dən çox azalıb

CƏMİYYƏT

23 Iyul 2026 | 12:05

Azərbaycana turist axını 10 %-dən çox azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 28,1 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 8,2 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Pakistan, 2,8 faizi Hindistan, 2,6 faizi İsrail, 2,4 faizi Çin, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,4 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 68,7 faizini kişilər, 31,3 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3 faiz artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 faiz artaraq 430,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı 14,1 faiz azalaraq 480,1 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 5,1 faiz azalaraq 937,4 min nəfər olub. Vətəndaşlarımızın 41,5 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çox), 17,1 faizi Rusiya Federasiyasına (3,0 faiz az), 11,7 faizi Gürcüstana (0,2 faiz çox), 6,2 faizi İrana (41,0 faiz az), 23,5 faizi isə digər ölkələrə (7,7 faiz az) getmişdir. Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.

2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026