• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Azərbaycan və Türkiyə birgə peşə təhsili müəssisələri yaradacaq

SİYASƏT

23 Iyul 2026 | 11:40

Azərbaycan və Türkiyə birgə peşə təhsili müəssisələri yaradacaq

Azərbaycanda Türkiyə ilə əməkdaşlıq çərçivəsində iki birgə peşə təhsili müəssisəsi yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə deyib.

Onun sözlərinə görə, birgə əməkdaşlıq əsasında yaradılacaq peşə təhsili müəssisələrindən biri Bakıda, digəri isə Qubada fəaliyyət göstərəcək. Müəssisələrdə 5 istiqamət üzrə ixtisasların tədrisi nəzərdə tutulur.

Direktor qeyd edib ki, həmin müəssisələrin məzunları həm Azərbaycan Respublikasının, həm də Türkiyə Respublikasının dövlət nümunəli diplomunu əldə edəcəklər. Bu isə onların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini artıracaq.

Hazırda layihə üzrə hazırlıq işləri aparılır. Yeni mərhələlərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026