• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Peşə təhsilinə qəbul planı artırılıb: bu il 33 mindən çox yer ayrılıb

SİYASƏT

23 Iyul 2026 | 11:05

Peşə təhsilinə qəbul planı artırılıb: bu il 33 mindən çox yer ayrılıb

2026/2027-ci tədris ili üzrə Azərbaycanda 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə ümumilikdə 33 min 120 plan yeri ayrılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, qəbul planının 74 faizi, yəni 24 min 425 yeri dövlət sifarişi əsasında maliyyələşdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə deyib.

Bildirilib ki, 2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90 faiz artıb. Cari tədris ilində isə 28 min 140 tələbənin qəbul olunması hədəflənir. Ayrılmış plan yerlərinin 27 min 260-ı texniki peşə təhsili, 3 mini ilk peşə təhsili, 2 min 860-ı isə yüksək texniki peşə təhsili səviyyəsinə aiddir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026