• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Hörmüz boğazından keçən neft tankeri minaya düşüb

DÜNYA

23 Iyul 2026 | 12:00

Hörmüz boğazından keçən neft tankeri minaya düşüb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, üç neft tankeri Hörmüz boğazının cənubunda minalanmış marşrutla hərəkət etməyə cəhd göstərib. Onlardan biri minaya düşüb və gəmidə yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Press TV" SEPAH-ın bəyanatına əsasən məlumat yayıb.

Məlumata görə, tankerin biri partlayandan sonra digər iki tanker geri dönərək boğazı tərk edib.

"Hörmüz boğazı bizim nəzarətimiz altındadır və ABŞ regionda aqressiv fəaliyyətini davam etdirdiyi müddətdə tamamilə bağlı qalacaq", - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, bir gün əvvəl SEPAH Hörmüz boğazının cənub hissəsinin minalandığını açıqlamışdı. Buna cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, İran Hörmüz boğazına nəzarət etmir və kommersiya gəmiləri marşrutdan sərbəst şəkildə keçməyə davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026