• Bakı 29° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Rusiyada “Ozon”un logistika mərkəzi VURULDU

DÜNYA

22 Avqust 2026 | 09:49

Rusiyada “Ozon”un logistika mərkəzi VURULDU

Avqustun 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən “Ozon” marketpleysinin logistika mərkəzinə ilk dəfə PUA zərbəsi endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın monitorinq kanalları məlumat yayıb.

    Məlumata görə, pilotsuz uçuş aparatlarının zərbəsindən sonra logistika kompleksinin ərazisində güclü yanğın başlayıb. Sosial şəbəkələrdə hadisə yerindən yanğını əks etdirən görüntülər də yayılıb.

    Monitorinq kanalları bildirir ki, alov obyektin ərazisində sürətlə yayılıb və logistika mərkəzinin üzərində sıx tüstü müşahidə olunub.

    Dağıntıların dəqiq miqyası və mümkün xəsarət alanlar barədə hələlik məlumat yoxdur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Avqust 2026