Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətində yaranan problem səbəbindən infarktöncəsi vəziyyətdə tibb müəssisəsinə yerləşdirildiyi bildirilir.
Bakıvaxtı.azSputnik Armenia-ya istinadən xəbər verir ki, prezidentin səhhəti qəfil pisləşdiyi üçün o, tibb mərkəzinə aparılıb.
Məlumata əsasən, Vaaqn Xaçaturyan xəstəxanada lazımi tibbi müayinələrdən keçib və göstərilən tibbi yardımdan sonra evə buraxılıb.
Tibb mərkəzinin mətbuat xidməti isə Sputnik Armenia-ya açıqlamasında prezidentin planlı tibbi müayinədən keçdiyini və səhhəti ilə bağlı zəruri müalicə aldığını bildirib.
Prezident Administrasiyası hadisə ilə bağlı əlavə açıqlama verməyib.
Bakı 



