• Bakı 19° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Bakıda tələbə oğlanın meyiti tapıldı

HADİSƏ

23 Iyul 2026 | 14:02 | Müəllif: Əli Hüseynov

Bakıda tələbə oğlanın meyiti tapıldı

Bakıda gənc oğlan müəmmalı şəraitdə vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gecə Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində baş verib.

Belə ki, iyulun 23-ü saat 02 radələrində 2007-ci il təvəllüdlü İbrahim Rəvan oğlu Hacızadənin meyiti yaşadığı “V” yaşayış sahəsindəki evdə yaxınları tərəfindən aşkar edilib.

İ.Hacızadənin paytaxtdakı universitetlərdən birinin 3-cü kurs tələbəsi olduğu bildirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026