• Bakı 28° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir - SƏBƏB

HADİSƏ

22 Avqust 2026 | 11:17

Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir - SƏBƏB

Avqustun 22-də Rusiyanın bir sıra hava limanlarında dron hücumları ilə bağlı təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunur.

Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb. Qərarlar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Bu məqsədlə Rusiya daxilində və əksər xarici uçuşlar ləğv edilib yaxud təxirə salınıb. Təxirə salınan uçuşlar siyahısında Moskvanın “Vunkovo” hava limanından Bakıya uçan iki reys də var. Bakıya uçuşu həyata keçirən təyyarələrdən biri AZAL-a, digəri isə “Utair” hava yolları şirkətlərinə məxsusdur. Bildirilir ki, AZAL-ın təyyarəsi yerli vaxtla saat 01:00-da yola düşməli olsa da, uçuş saat 14:00-dək, “Utair”ə məxsus təyyarə isə yerli vaxtla 09:50-də havaya qalxmalı olsa da, 10:50-dək təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026