Peşə təhsili müəssisələrinə qəbul başlayır.
Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Məlumata görə, peşə təhsili almaq istəyən şəxslər 23 iyul–10 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçərək "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət edə bilərlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirmiş şəxslər üçün nəzərdə tutulub.
Müraciətlərin qəbulu 10 avqust saat 18:00-da başa çatacaq.
Bakı 



