• Bakı 28° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Bakıdan köçür

ŞOU

23 Iyul 2026 | 15:19

Bakıdan köçür

Müğənni Tacir Şahmalıoğlu Bakıdan köçməyə hazırlaşdığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə "Evdəkilərə salam" verilişində danışıb. O bildirib ki, yaxın aylarda Ağdama köçəcək:

"Oğlumun toyunun bitməsini gözləyirdim. Dövlət ev verir, köçlər başlayır. Yaxın aylarda mən də köçəcəyəm. Əvvəllər də Ağdamda yaşamışıq, hərdən Bakıya gəlib-getmişik. Amma indi Ağdamda yaşamaq istəyirəm. Oranın havası başqadır" .

T.Şahmalıoğlu Ağdamda uzun illərdir reallaşdırmaq istədiyi arzunu da həyata keçirmək niyyətində olduğunu söyləyib:

"Çoxdankı arzum kiçik bir musiqi məktəbi açmaqdır. Bakıda bu mümkün deyil. Səs Qarabağ torpağında yetişir. Orada gözəl səslər yetişdirəcəyəm. Mənim artıq dərs demək yaşımdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026