• Bakı 28° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb

DÜNYA

23 Iyul 2026 | 15:00

Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb

Rusiyanın Moskva vilayətində təlim uçuşu zamanı Su-57 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın "İzvestiya" nəşrinin məlumatına görə, qəza Moskva vilayətinin Luçino kəndi yaxınlığında baş verib

    Bildirilir ki, pilot katapult edərək təyyarəni tərk etməyə müvəffəq olub.

    Hadisə yerindən yayılan görüntülərdə təyyarənin düşdüyü ərazidə güclü yanğın və qalın qara tüstü müşahidə olunur.

    Qeyd edək ki, Su-57 Rusiyanın beşinci nəsil çoxməqsədli qırıcı təyyarəsi hesab olunur. Təyyarə ilk uçuşunu 2010-cu ildə həyata keçirib və Rusiya Hərbi-Kosmik Qüvvələrinin ən müasir döyüş təyyarələrindən biri sayılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Iyul 2026