• Bakı 30° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Yunanıstan İsraildən hava hücumundan müdafiə sistemi alacaq

DÜNYA

23 Iyul 2026 | 15:43

Yunanıstan İsraildən hava hücumundan müdafiə sistemi alacaq

Yunanıstanın Təhlükəsizlik Şurasının (KYSEA) İsraildən 4 milyard dollar dəyərində çoxqatlı hava hücumundan müdafiə sisteminin və bir neçə növ dron alınması üçün yekun təsdiqini verməsi gözlənilir.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, KYSEA ilkin təsdiqini bu ilin əvvəlində verib.

Belə ki, Yunanıstan "Axilles Qalxanı" adlanan çoxqatlı ballistik, zenit və dron əleyhinə sistem qurmaq istəyir. Sistemin əsasını İsrailin "Rafael" və "IAI" şirkətlərinin radarları və raketləri təşkil edəcək.

Yunanıstan hökuməti 2036-cı ilə qədər silahlı qüvvələrinin modernləşdirilməsinə təxminən 28 milyard avro xərcləməyi planlaşdırdığını bildirib. Bu vəsaitə ABŞ-dən 40-a qədər yeni F-35 qırıcı təyyarəsi, Fransa və İtaliyadan freqatlar almaq daxildir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR