ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin Amerika vətəndaşlarına qarşı tədbir görməyə cəhd etməsinə dözməyəcək.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının nazirlər səviyyəsində tədbirləri çərçivəsində keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Marko Rubio deyib.
O, bildirib ki, digər ölkələr "axmaq" Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olmaq istəyə bilər, lakin ABŞ heç vaxt qoşulmayacaq.
"Biz bu məhkəmənin üzvü deyilik, heç vaxt heç bir müqavilə imzalamamışıq. Əgər kimsə bu axmaq təşkilata qoşulmaq istəyirsə, davam etsin. Amma bizim bunu etmək niyyətimiz yoxdur, onun yurisdiksiyası amerikalılara şamil edilmir", - deyə Rubio qeyd edib.
Gülşən Şərif
Bakı 



