• Bakı 22° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Sanksiyalara görə biz buna məcbur qaldıq - Putin

DÜNYA

24 Iyun 2026 | 20:09

Sanksiyalara görə biz buna məcbur qaldıq - Putin

Sanksiya təzyiqləri nəticəsində Rusiya bütün aviasiya texnikasını tam şəkildə idxaldan asılılıqdan çıxara və yerli istehsalla əvəz edə bilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Bir çox səbəblərə, ilk növbədə sanksiya təzyiqinə görə vəziyyət dəyişdi və Rusiya məcbur qaldı, lakin nəticədə hər şeyi tam şəkildə idxalı əvəz edən məhsullarla təmin etməyə nail oldu”, – deyə o, yerli aviasiya sənayesinin inkişafına həsr olunmuş müşavirədə söyləyib.

O qeyd edib ki, hərbi və mülki təyyarələrin bütün çeşidini müstəqil şəkildə yaratmaq bacarığı texnoloji, elmi və sənaye suverenliyinin əsas göstəricilərindən biridir:

“Doğrudan da, belə unikal səriştələrə malik ölkələrin sayı çox deyil və Rusiya onların sırasındadır. Həmkarlarım da qeyd etdilər ki, hətta yüksək inkişaf etmiş, güclü təyyarəqayırma ənənələrinə malik ölkələr belə, bu sahədə ciddi beynəlxalq əməkdaşlıqdan istifadə edirlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR