• Bakı 30° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Qonşu ölkədə ilk uçan taksi sınaqdan keçirildi

DÜNYA

24 Iyul 2026 | 18:42

Qonşu ölkədə ilk uçan taksi sınaqdan keçirildi

Qazaxıstanın paytaxtı Astanada pilotsuz "AutoFlight Prosperity" aerotaksisinin ilk sınaq uçuşu uğurla həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Çin və Qazaxıstan şirkətlərinin birgə hazırladığı aparat şaquli qalxma və eniş edib, havada 10 dəqiqə qalaraq 2,4 kilometr məsafə qət edib. Təhlükəsizlik məqsədilə uçuş zamanı kabinədə sərnişin olmayıb.

Beş sərnişin və bir pilot üçün nəzərdə tutulan aerotaksi 13 elektrik mühərriki ilə təchiz olunub.

Aparat saatda 200 kilometr sürət yığa bilir və tam enerji ilə 200 kilometrədək məsafə qət etmək imkanına malikdir./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR