Avropa İttifaqı (Aİ) 21-ci sanksiya paketi çərçivəsində dənizdə saxlanılan sanksiyalı tankerlərdən Rusiya neftinin müsadirə olunması və satılması üçün hüquqi mexanizmi təsdiqləyib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının "Rəsmi Jurnalı"nda dərc olunmuş qərarda bildirilir.
Yeni mexanizm Aİ ölkələrinin tənzimləyici orqanlarına dənizdə saxlanılan tankerlərdən nefti müsadirə etmək, onu saxlamaq, daşımaq və satmaq hüququ verir. Əldə edilən gəlirin Rusiya fiziki və ya hüquqi şəxslərinə verilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, indiyədək Aİ hərbi qüvvələri “qara siyahı”ya düşən tankerləri yalnız yoxlama üçün saxlaya bilirdisə, yeni mexanizm yüklərin müsadirəsinə də imkan yaradır. Hazırda Aİ-nin sanksiya siyahısına Rusiya neftini daşıdığı ehtimal edilən 670-dən çox xarici bayraqlı tanker daxildir.
Zeynəb Rzayeva
Bakı 



