• Bakı 28° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Ermənistan vətəndaşları bu halda Şimali Kiprə daxil ola biləcəklər

DÜNYA

23 Avqust 2026 | 15:31

Ermənistan vətəndaşları bu halda Şimali Kiprə daxil ola biləcəklər

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel elektron viza sisteminin yaxın vaxtlarda tətbiq olunacağını açıqlayıb. İlkin mərhələdə sistem Ermənistan, Nigeriya və Suriya vətəndaşlarını əhatə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu üç ölkənin vətəndaşları müvafiq elektron müraciətə baxıldıqdan sonra Şimali Kiprə səfər edə biləcəklər.

Ü.Ustel bildirib ki, ŞKTC hakimiyyəti ölkəyə kimin və hansı məqsədlə gəldiyi barədə tam məlumata malik olmağa çalışır. “Bu məqsədlə Göç-Sis (miqrasiya portalı) və E-Vize sistemləri tətbiq edilib. Nəzarət sərhəd-keçid məntəqələrində deyil, hələ ölkəyə gəlməzdən əvvəl, yəni elektron yoxlama və təhlükəsizlik qiymətləndirməsi mərhələsində başlayacaq”, - deyə hökumət başçısı bildirib.

Üstelin sözlərinə görə, Suriya, Nigeriya və Ermənistan vətəndaşlarının konsulluq vizası almaq üçün hazırda qüvvədə olan müraciət proseduru ləğv edilərək elektron viza sistemi ilə əvəz olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026