• Bakı 16° C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Türkiyədə məktəbə hücüm: ölən var - YENİLƏNİB

DÜNYA

22 Sentyabr 2026 | 12:25 | Müəllif: Əli Hüseynov

Türkiyədə məktəbə hücüm: ölən var - YENİLƏNİB

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşışındakı silahlı insident zamanı 11 nəfər yaralanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek "X" sosial media hesabında yazıb.

Nazir yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

A.Gürlek hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da əlavə edib.

 

 

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı insident baş verib.

Liseyin 15 yaşlı şagirdi ətrafa çoxlu sayda atəş açaraq 11 nəfəri yaralayıb.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Ərazi polis nəzarəti altına alınıb.

Hadisənin baş verdiyi liseydə bu gün dərslər dayandırılıb.

***

10:59

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda silahlı insident törədən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Manisa Valiliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə əlaqədar hüquqi və inzibati araşdırma başladılıb.

Hadisə ilə əlaqədar hələlik 1 şagirdin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd olunur.

***

09:42

Türkiyədə məktəbə silahl hücum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barərə NTV məlumat yayıb.

Hadisə ölkənin Manisa vilayətinin Turgutlu rayonunda baş verib.

Qeyd olunub ki, hadisə nəticəsində yaralananlar var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026