• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Trampdan Rusiya və Çinə xəbərdarlıq - "Pis olar"

DÜNYA

24 Iyul 2026 | 20:04 | Müəllif: Subhan Mahmudov

Trampdan Rusiya və Çinə xəbərdarlıq - "Pis olar"

Pekində keçirilən son görüşümüzdə Prezident Si mənə heç bir halda İran İslam Respublikasına silah verməyəcəyini və ya satmayacağını dedi və bu açıqlama Çin şirkətlərinə də aid idi.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, eynilə, Rusiya Prezidenti Vladimir Putin də İrana silah satmayacağını deyib.

“O başa düşür ki, mən silahı Ukraynaya deyil, NATO ölkələrinə satıram. Onlar tam qiyməti ödəyirlər və bu silahların necə paylandığından xəbərim yoxdur. Buna görə də, insanların İran məsələsi ilə bağlı tez-tez danışdıqları bu iki böyük ölkə mənim fikrimcə, prosesdə iştirak etmir. Əgər etsəydilər, bu, onlar üçün çox pis olardı və onların mənafeyinə uyğun deyil”, - deyə Tramp əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026