Aşura Günü ilə əlaqədar Azərbaycanda təşkil olunan könüllü qanvermə aksiyaları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyinin saat 12:00-a olan məlumatına əsasən, aksiyalarda ümumilikdə 1701 nəfər iştirak edib.
Məlumata görə, aksiya iştirakçılarından ümumilikdə 765,45 litr qan tədarük olunub.
Qeyd edək ki, Aşura Günü münasibətilə keçirilən qanvermə aksiyalarının əsas məqsədi qana ehtiyacı olan xəstələr üçün qan ehtiyatının artırılmasına dəstək verməkdir.
Bakı 




