• Bakı 32° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib - FOTO

CƏMİYYƏT

25 Iyul 2026 | 13:03

İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı sakinlərlə növbəti görüşlər keçirib. 

Bakıvaxtı.az xəbər verir ki, Zəngilan şəhəri, Laçın rayonu, eləcə də Cəbrayıl rayonunun Şükürbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərində məskunlaşan ümumilikdə 39 sakinlə keçirilmiş görüşlərdə vətəndaşların məşğulluqla bağlı müraciətləri dinlənib. 

Həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026