• Bakı 17° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı - Yenilənib

HADİSƏ

25 Iyul 2026 | 13:17 | Müəllif: Subhan Mahmudov

12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı - Yenilənib

Bakıvaxtı.az “Qafqazinfo”nun əldə etdiyi məlumata görə xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qızın itkin düşməsi ilə bağlı ötən gün valideynləri polisə müraciət etmişdilər. 


***
24 iyul, 22:11

Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026