Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə avqustun 22-si saat 22 radələrində Şahsoltanlı kəndində qeydə alınıb.
Şərur rayon sakini 1986-cı il təvəllüdlü Abbas Qafar oğlu Babayev qonaq olduğu Laçın Kərimovun evində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.




