• Bakı 33° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Ağdaşda bıçaqlanan ANA VƏ OĞLUN SON DURUMU 

HADİSƏ

24 Avqust 2026 | 12:23

Ağdaşda bıçaqlanan ANA VƏ OĞLUN SON DURUMU

24.08.2026-cı il tarixində saat 02:50 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirib.  

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, Ağdaşın Ləki qəsəbəsində 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədova və 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Günəş Mərd  

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026