• Bakı 16° C

    3.68 m/s

Şəhid anası böyrəyini qızına verdi - FOTOLAR

CƏMİYYƏT

24 Iyul 2026 | 22:30 | Müəllif: Subhan Mahmudov

Şəhid anası böyrəyini qızına verdi - FOTOLAR

Şəhid Elvin Novruzovun anası Gülşən Novruzova 23 yaşlı qızına böyrəyini verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə əməliyyatın gerçəkləşdiyi Yeni Klinika məlumat yayıb. 

Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu deyilir. 

Qeyd edək ki, resipiyent Elvira Novruzova və donor Gülşən Novruzova Vətən müharibəsi şəhidi Elvin Novruzovun ailə üzvləridir. Elvin Novruzov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 


Şəhid anası böyrəyini qızına verdi - FOTOLARŞəhid anası böyrəyini qızına verdi - FOTOLARŞəhid anası böyrəyini qızına verdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026