• Bakı 28° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Nanə yağı təzyiqi aşağı sala bilər 

CƏMİYYƏT

23 Avqust 2026 | 16:23

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

Tədqiqatda iştirak edən şəxslərə 20 gün ərzində gündə iki dəfə kiçik dozada nanə yağı verilib. Nəticədə onların sistolik qan təzyiqində orta hesabla 8,5 mm civə sütunu azalma müşahidə olunub.

Alimlər nəticələrin ümidverici olduğunu desələr də, nanə yağının təzyiq dərmanlarını əvəz edə biləcəyini bildirmirlər. Bu istiqamətdə daha geniş araşdırmalara ehtiyac olduğu vurğulanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026