• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Maşında ürəkbulanmanın yaranma SƏBƏBİ

CƏMİYYƏT

23 Avqust 2026 | 13:03 | Müəllif: Gülşən Şərif

Maşında ürəkbulanmanın yaranma SƏBƏBİ

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu hal daxili tarazlıq sistemi ilə gözün qəbul etdiyi hərəkət siqnalları uyğun gəlmədikdə yaranır.

Hərəkət xəstəliyi quru, hava və dəniz nəqliyyatında baş verə bilər.

Bu narahatlığın qarşısını almaq üçün avtomobilin ön və ya orta hissəsində əyləşmək, kəskin qoxulardan uzaq durmaq, səyahətdən əvvəl ağır və yağlı yeməklərdən çəkinmək tövsiyə edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026