• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Fotolar

CƏMİYYƏT

25 Iyul 2026 | 11:26 | Müəllif: Zeynəb Rzayeva

Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Fotolar

İş xanımı Ruhi Əliyeva sosial şəbəkədə əkiz oğulları Həsən və Məhəmmədin ad günü münasibətilə paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, o, övladlarına ünvanladığı duyğusal sözlərlə onların həyatının ən böyük möcüzəsi və Allahın ona bəxş etdiyi ən qiymətli əmanət olduğunu vurğulayıb.

“Bu gün mənim yenidən doğulduğum gündür. Çünki bu gün mənə dünyanın ən gözəl adını – ana adını bəxş edən iki mələyimin ad günüdür. Canım oğullarım, siz həyatımın ən saf duası, böyük möcüzəsi və Allahın mənə bəxş etdiyi ən qiymətli əmanətisiniz. Siz doğulduğunuz gündən bəri ürəyim iki bədənə bölünüb” deyə, R. Əliyeva paylaşımında yazıb.

O, övladlarına sağlam, xoşbəxt və vicdanlı ömür arzulayaraq, sevgisinin heç vaxt azalmayacağını bildirib. /Axşam.az


Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - FotolarRuhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Fotolar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026