ABŞ-ın İrana qarşı “Güclü qəzəb” əməliyyatı zamanı İtaliyanın yardım etməsi barədə fikirlər həqiqətə uyğun deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Quido Krozetto danışıb.
“Ruttenin sözləri yanlış təsəvvür yarada bilər. İtaliya hakimiyyəti qeyri-döyüş dəstəyi çərçivəsindən kənara çıxan bütün müraciətləri rədd edib”, - nazir vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə NATO-nun Baş katibi Mark Rutte ABŞ-ın İtaliyadakı bazalarından “Güclü qəzəb” əməliyyatına dəstək vermək üçün 500 Amerika təyyarəsinin havaya qalxması barədə açıqlama vermişdi.
Bakı 



