• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Tanınmış bankın filial müdirinin - Cinayət əməlləri

İQTİSADİYYAT

25 Iyun 2026 | 11:43

Tanınmış bankın filial müdirinin - Cinayət əməlləri

“AFB Bank” ASC-nin Mərkəz filialının sabiq müdiri Nail Həsənov cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, eks-filial müdiri külli miqdarda rüşvət almaqda ittiham olunur.

Nail Həsənov müştərilərdən birinə maliyyə vəziyyəti nəzərə alınmadan 80 min manat kredit verilməsini təşkil edib. Bunun müqabilində isə 12 min manat “otkat” alıb.

Bu əməlinə görə Nail barəsində əvvəl həbs qətimkan tədbiri seçilib, sonradan ev dustaqlığına buraxılıb.

Hazırda cinayət işi üzrə ilkin istintaq tamamlanıb, yaxında məhkəmə başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026