Rusiyanın Kronştadt şəhərində sərxoş qadın kompüter oyunlarına aludə olan və ona diqqət göstərməyən həyat yoldaşını bıçaqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın “78.ru” portalı məlumat yayıb.
Bildirilir ki, spirtli içki qəbul edən qadın həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. Daha sonra qadın bıçaqla ərinə zərbə endirib. Qarın nahiyəsindən ağır xəsarət alan kişinin vəziyyətini görən qadın qorxuya düşərək dərhal hadisə yerinə təcili tibbi yardım çağırıb.
O, ilkin olaraq cinayəti gizlətməyə çalışaraq ərinə küçədə tanımadığı şəxslərin hücum etdiyini desə də, sonradan əməlini etiraf edib.
Məhkəmədə peşman olduğunu bildirən qadın hadisənin pərdəarxasından danışıb:
“Çox içmişdim. Yoldaşımın mənə diqqət ayırmaması və davamlı olaraq kompüter oyunları oynaması məni dözülməz dərəcədə əsəbiləşdirmişdi. Hər şey bir anlıq qəzəbdən oldu”.
Qeyd edək ki, sözügedən hadisə sosial şəbəkələrin Rusiya seqmentində müzakirələrə səbəb olub./Qafqazinfo
Bakı 



