"Meta" şirkəti yeni proqnozlaşdırma platforması üzərində işləyir.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin baş direktoru Mark Zukerberq əməkdaşlarına "Polymarket"ə bənzər proqnoz və mərc imkanları təqdim edən yeni xidmət hazırlamağı tapşırıb.
Bildirilir ki, "Arena" adlandırılan layihə ayrıca mobil tətbiq kimi istifadəyə veriləcək. Platformada istifadəçilər idman yarışları, iqtisadi hadisələr və siyasi proseslərlə bağlı proqnozlar verə biləcəklər.
Məlumata əsasən, tətbiqin "Facebook", "Instagram" və "WhatsApp" platformalarından ayrı fəaliyyət göstərməsi nəzərdə tutulur. Bununla belə, yeni xidmətin tanıdılması üçün "Meta"nın mövcud platformalarının imkanlarından istifadə oluna bilər.
Bakı 



