İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bağlanış mərasimində İƏT Parlament İttifaqı komitələrinin hesabatları və Bakı Bəyannaməsi qəbul edilib.
Qeyd edək ki, iyunun 22-də başlayan tədbirdə 400-dən artıq nümayəndə iştirak edib.
***
10:39
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası işini davam etdirir.
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub.
Xatırladaq ki, 400-dən artıq nümayəndənin iştirak etdiyi sessiya bu gün yekunlaşacaq.
Bakı 



