• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Ərşad Hüseynov: "Bütün sürücülər maşın sürməli deyil"

SİYASƏT

25 Iyun 2026 | 11:25

Ərşad Hüseynov: Bütün sürücülər maşın sürməli deyil

“Yollardakı sürücülərin hamısı avtomobil idarə etməməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” adlı layihələr çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

Ərşad Hüseynov bildirib ki, ölkə əhalisinin hamısının sürücü olması mümkün deyil və yol hərəkətinin təşkili zamanı bu amil mütləq nəzərə alınmalıdır. Onun sözlərinə görə, cəmiyyətin təxminən 70 faizi sürücü ola bilər.

Ekspert qeyd edib ki, hazırda yollarda hərəkət edən bəzi şəxslərin ya ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur, ya da onlar sağlamlıq vəziyyəti, yaş və digər səbəblərə görə nəqliyyat vasitəsi idarə etməməlidirlər.

O vurğulayıb ki, xüsusilə yaşlı şəxslər müəyyən mərhələdən sonra avtomobil idarə etmək imkanlarını obyektiv qiymətləndirməli, bu məsələyə daha məsuliyyətlə yanaşmalıdırlar.

Ərşad Hüseynovun fikrincə, yol hərəkəti təhlükəsizliyi sahəsində əsas problemlərdən biri də sürücülərin avtomobil idarəetmə qabiliyyəti ilə bağlı meyarların lazımi səviyyədə nəzərə alınmamasıdır. O hesab edir ki, bu məsələyə daha ciddi yanaşılması yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026