• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Yol hərəkəti ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir - Deputat

CƏMİYYƏT

25 Iyun 2026 | 11:36

Yol hərəkəti ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir - Deputat

“Yol hərəkəti ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Rəhimzadə “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” adlı layihələrlə bağlı keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, piyada keçidlərinin olmadığı ərazilərdə piyadaların yolu keçməsi ciddi problemlər yaradır və bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ehtiyac var.

Deputat bildirib ki, son illərdə yerüstü və yeraltı piyada keçidlərinin bir çoxunda təkmilləşdirmə işləri aparılıb. Bununla belə, mövcud problemlərin həlli istiqamətində daha operativ addımlar atılmalıdır.

V.Rəhimzadə qeyd edib ki, yol-nəqliyyat hadisələri həm ehtiyatsızlıq, həm də qaydaların bilərəkdən pozulması nəticəsində baş verir. Bu səbəbdən həm sürücülərin, həm də piyadaların məsuliyyət hissinin artırılması vacibdir.

O xatırladıb ki, yol hərəkətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası uzun illər əvvəl formalaşdırılıb. Onun fikrincə, dəyişən şərait və müasir tələblər nəzərə alınaraq qanunvericiliyə yeni əlavələr və təkmilləşdirmələr edilməli, bu məsələlər ictimai müzakirəyə çıxarılmalıdır.

Deputat vurğulayıb ki, qanunvericiliyin yenilənməsi və maarifləndirmə tədbirlərinin gücləndirilməsi həm cəmiyyətin, həm də sürücülərin maraqlarına xidmət edəcək.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026