• Bakı 24° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Aşurada qanvermə aksiyaları xeyirxahlıq missiyasını yaşadır – Elnur Mustafayev

CƏMİYYƏT

25 Iyun 2026 | 09:24

Aşurada qanvermə aksiyaları xeyirxahlıq missiyasını yaşadır – Elnur Mustafayev

Aşura günü münasibətilə keçirilən qanvermə aksiyaları Azərbaycanda xeyirxahlıq və humanizm dəyərlərinin yaşadılmasına xidmət edir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə doktoru Elnur Mustafayev səsləndirib.

O bildirib ki, qanvermə aksiyaları artıq ölkədə ənənə halını alıb və bu təşəbbüslər cəmiyyət üçün mühüm sosial və humanitar əhəmiyyət daşıyır.

Elnur Mustafayev qeyd edib ki, Aşura günü münasibətilə ölkənin müxtəlif bölgələrində, ayrı-ayrı təşkilatlarda və dini ocaqlarda mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur. Toplanan qan ehtiyacı olan insanlara yönləndirilir ki, bu da Aşura gününün mahiyyəti və fəlsəfəsi ilə tam səsləşir.

İctimai Şura sədri vurğulayıb ki, bu aksiyaların əsas məqsədi humanizm, həmrəylik və yardımlaşma dəyərlərini təşviq etmək, ehtiyacı olan insanlara dəstək göstərməkdir.

Onun sözlərinə görə, qanvermə aksiyaları Aşura gününün mənəvi ruhunu yaşatmaqla yanaşı, cəmiyyətdə xeyirxahlıq, mərhəmət və sosial həmrəylik ənənələrinin daha da möhkəmlənməsinə töhfə verir.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026