• Bakı 23° C

    8.8 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

CƏMİYYƏT

24 Iyun 2026 | 17:10

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

Rusiyanın Əməkdar artisti, opera müğənnisi və aktyor German Yukavski Moskvada özünü körpüdən çaya tullanıb.

Bakıvaxtı.az axsam.az-a istinadla xəbər verir ki, hadisə Bolotnaya sahilində baş verib. İlkin məlumata görə, aktyorun bu hərəkətinə səbəb Germanın həyat yoldaşı ilə mübahisə etməsi səbəb olub.

Yıxıldıqdan sonra o, çayı təkbaşına üzməyə çalışıb. Xilasediciləri onu sudan çıxararaq Qorki Parkı körpüsünə aparıblar.

Müğənni çiyin xəsarətləri alıb, qollarında və kürəyində qançırlar olub. Həmçinin iddia edilir ki, xilas edildikdən sonra onun davranışı aqressiv olub. Yukavski qışqırıb və təcili yardım işçilərini itələməyə çalışıb. Onun psixiatrik xəstəxanaya göndərilməsi planlaşdırılır.

QAeyd edək ki, German Yukavski Pokrovski adına Moskva Dövlət Akademik Kamera Musiqili Teatrının solistidir. 2008-ci ildə Rusiyanın Əməkdar artisti adına layiq görülüb. 2010-cu ildə "Qızıl Maska" mükafatına namizəd göstərilib.

O, "Sakit Don" və "Cərrah" teleseriallarındakı rolları ilə tanınır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR